Yuxarı

VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub

Festival mayın 24-dək davam edəcək

Bakı.18 may. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub.

"Report" xəbər verir ki, festivalı Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondu təşkil edib.

Festivalın açılışı mərasiminə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mstislav Rostropoviç Fondunun prezidenti, festivalın bədii rəhbəri, maestronun qızı Olqa Rostropoviç də qatılıb. Nazir, Mstislav Rastropoviç musiqi sahəsində gördüyü işlərdən danışıb. Ə.Qarayev vurğulayıb ki, maestro M.Rastrpoviç ümummilli lider Heydər Əliyevlə dost olub.

Festivalın rəsmi hissəsi başa çatdıqdan sonra, Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Karl Orfun “Karmina Burana” kantatası səsləndirilib.

Festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlər Azərbaycan Dövlət Filarmoniyasında, Heydər Əliyev Sarayında, Kamera və Orqan Musiqisi Zalında, Milli İncəsənət Muzeyində çıxış edəcək.

Festival mayın 24-də başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi