Yuxarı
    Bağlamaq

    VII Qlobal Forumun iştirakçıları üçün qala-konsert təşkil olunub

    “Sivilizasiyaların musiqili alyansı” adlı qala-konsertdə Azərbaycan və xarici incəsənət ustaları çıxış edib

    Bakı. 28 aprel. REPORT.AZ/ Heydər Əliyev Sarayında “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçıları üçün qala-konsert təşkil olunub.

    Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    “Sivilizasiyaların musiqili alyansı” adlı qala-konsertdə Azərbaycan və xarici incəsənət ustaları çıxış edib.

    Konserti Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və dirijor xalq artisti Gülbacı İmanova) və Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri Cüzeppe Verdinin “Nabukko” operasından xorun ifası açıb.

    Orkestr Dmitri Şostakoviçin 7-ci simfoniyasından fraqment ifa edib.

    İrakli Kaxidzenin ifasında Qaetano Donitsettinin “Məhəbbət içkisi” operasından romans səslənib. Rumın vokalçısı İrina İonesku Motsartın “Sehrli fleyta” operasından ariya ifa edib.

    Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında “Nəlbəki” milli rəqsi təqdim edilib.

    Konsertdə, həmçinin Üzeyir Hacıbəylinin, Soltan Hacıbəylinin, Niyazinin, Qara Qarayevin, A.Borodinin, J.Bizenin və L.Bethovenin əsərləri ifa olunub.

    Qala-konsertdə Türkiyənin “Mehtər” orkestri, ukraynalı vokalçı Vyaçeslav Bazir, aşıqlar qrupu çıxış edib.

    Qeyd edək ki, konsertin art-direktoru xalq artisti, professor Firəngiz Əlizadə olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi