Yuxarı

VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Min bir gecə" baleti nümayiş etdirilib

Festival bu gün başa çatır

Bakı. 28 sentyabr. REPORT.AZ/ Dahi Üzeyir bəy Hacıbəylinin 130 illiyi münasibətilə keçirilən VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli bəstəkar Fikrət Əmirovun "Min bir gecə" baleti nümayiş etdirilib.

"Report" xəbər verir ki, baletin quruluşçu baletmeysteri Azərbaycanın əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Nailə Nəzirova olub.

Tamaşanın budəfəki dirijoru Əyyub Quliyev olub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək keçirilən festivalın bağlanış mərasimi bu gün Azərbaycan Dövlət Filarmoniyasında olacaq.

.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi