VI Musiqi Festivalı çərçivəsində opera nümayiş etdiriləcək

VI Musiqi Festivalı çərçivəsində opera nümayiş etdiriləcək “Gölgənin o biri tərəfində” operası Gənc Tamaşaçılar Teatrında göstəriləcək
İncəsənət
7 Aprel , 2015 17:40
VI Musiqi Festivalı çərçivəsində opera nümayiş etdiriləcək

Bakı. 7 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda aprelin 20-dən 24-dək Qara Qarayev adına VI Müasir Musiqi Festivalı keçiriləcək.

“Report” xəbər verir ki, festival çərçivəsində V.Tarnopolskinin “Kölgənin o biri tərəfində” operası nümayiş etdiriləcək.

Operanın nümayişi aprelin 23-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Qeyd edək ki, festival çərçivəsində aprelin 20-də Qara Qarayev adına 8 saylı uşaq musiqi məktəbində ustad dərsləri təşkil olunacaq, həmçinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında açılış mərasimi keçiriləcək.

Açılış mərasimində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayevin, V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festivala aprelin 24-də Azərbaycan Dövlət Filarmoniyasında yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi