Yuxarı
    Bağlamaq

    "Vətəndən pay olmayır" adlı konsert keçiriləcək

    Konsertdə xalq şairi Cabir Novruzun sözlərinə bəstələnmiş mahnılar səsləndiriləcək

    Bakı. 2 fevral. REPORT.AZ/ Fevralın 29-da Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Cabir Novruzun sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı keçiriləcək.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Sarayının mətbuat xidməti yayıb.

    "Vətəndən pay olmayır" adlı konsertdə respuklikanın xalq artistləri Ağadadaş Ağayev, Gülyanaq Məmmədova, Mübariz Tağıyev, Heydər Anatollu, əməkdar artistlər İlqar Muradov, Aygün Bəylər, Mətanət İsgəndərli, Azad Şükürov (bədii qiraət), müğənnilər Samir Piriyev, Nicat Cəfərzadə, Rövşən Əziz və xalq artisti Rauf Babayevin rəhbərliyi ilə "Qaya" dövlət ansamblı iştirak edəcək.

    Müğənniləri səhnədə Tariyel Abbasovun rəhbərliyi ilə "Dan Ulduzu" instrumental ansamblı və Asif Kərimovun rəhbərliyi ilə "Xaqan" instrumental ansamblı müşayət edəcək.

    Qeyd edək ki, Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi