Vaxtanq Kikabidze Bakıya gəlir

Vaxtanq Kikabidze Bakıya gəlir Onun Heydər Əliyev Mərkəzində konserti olacaq
İncəsənət
18 Dekabr , 2014 12:03
Vaxtanq Kikabidze Bakıya gəlir

Bakı.18 dekabr. REPORT.AZ/ Dekabrın 20-də Bakıdakı Heydər Əliyev Mərkəzində Gürcüstanın xalq artisti, məşhur müğənni Vaxtanq Kikabidzenin solo konserti keçiriləcək.

"Report" xəbər verir ki, konsertin adı “Mənim dəbdən düşməyən mahnılarım”dır.

Vaxtanq Kikabidzeni yaşayan canlı əfsanə adlandırırlar. Müğənni Bakı proqramında yaradıcılığının müxtəlif dövrlərində ifa etdiyi, milyonlarla dinləyicinin qəlbini fəth edən, ona uğur, şöhrət və sevgi qazandıran mahnılarını təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi