Yuxarı
    Bağlamaq

    Vasif Adıgözəlovun 80 illik yubileyi münasibətilə musiqi festivalı keçiriləcək

    Bəstəkara həsr olunan yubiley gecəsinin vaxtı dəyişdirilib

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Oktyabrın 26-31-də Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyi münasibətilə musiqi festivalının keçirilməsi nəzərdə tutulub. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Məlumata görə, oktyabrın 26-i saat 15.00-da Azərbaycan Bəstəkarlar İttifaqında "Vasif Adıgözəlov-80" Elmi konfrans və kamera konserti, oktyabrın 27-i saat 15:00-da Azərbaycan Milli Konservatoriyasında "Vasif Adıgözəlovun yaradıcılıq irsi", oktyabrın 28-i saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Vasif Adıgözəlovun mahnı çələngi", oktyabrın 29-u saat 15:00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Vasif Adıgözəlova ithaf", oktyabrın 30-u saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Vasif Adıgözəlovun 80 illiyinə həsr olunan yubiley gecəsi, oktyabrın 31-i saat 19.00 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun üçhissəli "Natəvan" operasının göstərilməsi planlaşdırılır.

    Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 11-də Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrasının təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tədbirlər planı təsdiq edib. Tədbirlər planına əsasən, oktyabr 26-31-də bəstəkara həsr olunan musiqi festivalının keçirilməsi nəzərdə tutulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi