Yuxarı
    Bağlamaq

    Vaqif Səmədoğlunun xatirəsi Səməd Vurğun ocağında yad edilib

    Gənclər və özünü gənc sayanlar Vaqif Səmədoğlunun xatirəsini yad edib

    Bakı. 2 fevral. REPORT.AZ/ Səməd Vurğunun Ev-muzeyində xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr edilən tədbir keçirilib.

    "Report" xəbər verir ki, xatirə tədbiri Vaqif Səmədoğlunun gənclərə olan sevgisinin, inamının rəmzi kimi Gənclər günündə təşkil edilib.

    Tədbiri S.Vurğunun Ev-muzeyinin direktoru, Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova açaraq, Vaqif Səmədoğlunun hər zaman gəncləri çox sevdiyini, onları dəstəklədiyini deyib: "Məhz bu səbəbdən düşündüm ki, Vaqifin xatirəsini yad etməyin ən yaxşı yolu gənc şairləri, qələm adamlarını muzeyə dəvət edib, poeziya gecəsi keçirmək olar. Vaqif gəncliyi çox sevirdi, gəncliyə həmişə arxa dururdu, onları dəstəkləyirdi. Məhz bu səbəbdən Vaqifin xatirə gününü gənclər günündə qeyd etdik". 

    Xatirə tədbirində gənc yazarlar Pərvin Nurəliyeva, Günel Anarqızı, Rəbiqə Nazimqızı, Şəhriyar del Gerani çıxış edərək, son dövrlərdə yazdıqları şeirlərini səsləndiriblər.

    Qeyd edək ki, fevralın 5-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Kaspi” qəzetinin Vaqif Səmədoğluna həsr etdiyi xüsusi nömrəsinin təqdimatı olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi