Bakı.12 mart. REPORT.AZ/ Martın 17-də Azərbaycan Dövlət Mahnı Teatrında Vaqif Mustafazadənin 75 illik yubileyi ilə əlaqədar 2 saylı Uşaq Musiqi Məktəbinin təşkil etdiyi konsert proqramı olacaq.
"Report" xəbər verir ki, konsert proqramında Vaqif Mustafazadə adına 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru Akif Süleyman, məktəbin müəllimləri və istedadlı şagirdləri iştirak edəcək.
Konsert proqramında Vaqifsayağı kompozisiyalar, Tofiq Quliyev, Süleyman Ələsgərov, Ələkbər Tağıyev, Faiq Sücəddinov, İlham Abdullayev və dünya caz bəstəkarlarının əsərləri ifa olunacaq.