Valeh Kərimovun 71 yaşı tamam olur

Valeh Kərimovun 71 yaşı tamam olur Хalq artisti doğum gününü qeyd etmir
İncəsənət
20 Mart , 2015 09:08
Valeh Kərimovun 71 yaşı tamam olur

Bakı. 20 mart. REPORT.AZ/ Martın 20-si Azərbaycanın xalq artisti Valeh Kərimovun doğum günüdür. Valeh Kərimovun 71 yaşı tamam olur.

Хalq artisti Valeh Kərimov "Report"а açıqlamasında bildirib  ki,  o doğum gününü qeyd etmir: "Bu yaşda nə ad günü? Biz daha qocalmışıq. Ötən il 70 yaşım tamam oldu. Heç yubileyimi qeyd etmədilər.  Mən çoxdandır ad günlərimi qeyd etmirəm. Bu gün yəqin ki, dostlarım zəng edəcək, təbrik edəcək. Vəssəlam. Bu yaşdan sonra ən yaxşı ad günü insanın can sağlığıdır. Hər kəsin bayramını təbrik edirəm və sizə xoşbəxtlik arzulayıram".

Qeyd edək ki, Valeh Kərimov 1944-cü ildə Cənubi Azərbaycanın Miyana şəhərində anadan olub.

1969-cu ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirdikdən sonra aktyor taleyini Sumqayıt Teatrı ilə bağlayıb. 1990-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2000-ci ildə isə Respublikanın xalq artisti fəxri adına, həmçinin Prezident mükafatına layiq görülüb.

1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

V.Kərimov həm də rejissor kimi də fəaliyyət göstərir. Teatrda işlədiyi dövrdə 70-ə yaxın obrazlar yaradıb. Amma geniş tamaşaçı kütləsi Valeh Kərimovu Vaqif Səmədoğlunun "Bəxt üzüyü" tamaşasında ifa etdiyi Moşu obrazı ilə sevib.

Son xəbərlər

Orphus sistemi