V Bakı Beynəlxalq Teatr Konfransı “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr olunacaq

V Bakı Beynəlxalq Teatr Konfransı “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr olunacaq Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında V Beynəlxalq Bakı Teatr Konfransına həsr olunan konfrans keçirilib.
İncəsənət
2 Noyabr , 2018 16:08
V Bakı Beynəlxalq Teatr Konfransı “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr olunacaq
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında V Beynəlxalq Bakı Teatr Konfransına həsr olunan konfrans keçirilib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən xəbərə görə, konfransda çıxış edən Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib ki, 5-6 noyabr tarixində keçiriləcək növbəti Teatr konfransı ilə bağlı yaradılan Təşkilat komitəsi artıq öz işini yekunlaşdırıb. Bu günə olan son məlumata görə, dünyanın 49 ölkəsindən 110 teatr sahəsi üzrə tanınmış mütəxəssis beynəlxalq tədbirdə iştirak edəcək.

“XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusuna həsr olunan konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçiriləcək.

V Bakı Beynəlxalq Teatr Konfransı Təşkilat komitəsinin icraçı katibi Şaiq Səfərov diqqətə çatdırıb ki, ölkədə teatr sənətinin inkişafı ilə bağlı təsdiq olunan Dövlət proqramında bu sahənin gələcək perspektivləri aydın şəkildə əksini tapıb: "2010-cu ildə Bakıda ilk teatr konfransı keçiriləndə cəmi 10 ölkədən 60 teatr mütəxəssisi iştirak edirdisə, hazırda ölkələrin və mütəxəssislərin sayında xeyli artım var. Bakı konfransından sonra dünyanın bir sıra teatr mütəxəssisləri Azərbaycan mədəniyyətini kəşf etdilər və sevindirici haldır ki, konfrans çərçivəsində Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” tamaşasını izlədikdən sonra incəsənət sahəsi üzrə bir Böyük Britaniya və iki ABŞ universiteti bu əsəri öz tədris planlarına daxil ediblər.

Konfransda dünyanın tanınmış rejissor və prodüserləri, teatr xadimləri və aparıcı teatrşünasları XXI əsrdə dünya teatr prosesində baş verən məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Qloballaşan dünyada, internet məkanında teatr özünü necə yaşatmalıdır, hansı yenilikləri etməlidir kimi suallara bu konfransda cavab axtarılacaq. Uzaq Yaponiyadan Meksikaya kimi tədbirə qatılan teatr mütəxəssisləri öz məruzələrində bu məsələlərə münasibət bildirəcəklər.

Sonda İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov diqqətə çatdırıb ki, ənənəvi olaraq beynəlxalq konfrans çərçivəsində tanınmış teatr sənətçilərinin ustad dərsləri, seminarlar da təşkil ediləcək. 4 noyabr tarixində Azərbaycan Dövlət Rus Dram Teatrında “Fiziki teatr” (Lidiya Kopinanın ustad sinfi), noyabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “ASSİTEJ dünyasında yeniliklər” (İvet Hardinin seminarı), Azərbaycan Dövlət Musiqili Teatrında “Yeni teatr üslubu” (Emil Səlimov), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Teatr tənqidi problemləri” (Mişel Vays) mövzularında seminar və treninqlər, habelə beynəlxalq teatr təşkilatlarının milli mərkəz üzvləri ilə görüşlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi