Yuxarı

Üzeyir Hacıbəylinin Ev muzeyində sərgi keçiriləcək

Sərgidə muzeyin 40 illik fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar, muzeyin nəşrləri nümayiş olunacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin Ev muzeyinin yaradılmasının 40 illik yubileyi münasibətilə sərgi və tədbir keçiriləcək.

"Report" xəbər verir ki, dekabrın 18-də təşkil olunacaq sərgidə muzeyin 40 illik fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar, muzeyin nəşrləri nümayiş olunacaq.

Tədbirdə tanınmış aktyorların ifasında ev muzeyinə həsr edilən şeirlər söyləniləcək, bəstəkarın musiqilərindən parçalar səslənəcək.

Üzeyir bəy Hacıbəylinin Ev muzeyi 1975-ci ildə yaradılıb. Həmin ilin noyabrın 20-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılışı olub. Ev muzeyi Bakıda, Şamil Əzizbəyov 67 ünvanında (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) yerləşən – bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı evdə təşkil olunub.

Dahi bəstəkarın zəngin irsinin qorunduğu muzey Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi