Bakı. 29 sentyabr. REPORT.AZ/ Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunan VII Beynəlxalq Musiqi Festivalının bağlanış konserti keçirilib.
"Report" xəbər verir ki,
Festivalın bağlanış konsertində mədəniyyət və turizm naziri
10 gün davam edən festivalda Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya, Kanada, Türkiyədən tanınmış musiqiçilər və kollektivlər - Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları iştirak edib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir.
Üzeyir Musiqi Günü münasibətilə ölkədə bir çox konsertlər, tədbirlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.
Xatırladaq ki, 2009-cu ildən başlayaraq Azərbaycanda 18-28 sentyabr tarixlərində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyliyə həsr olunan Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edib.