Yuxarı

​Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının açılışı olub

Festival sentyabrın 28-dək davam edəcək

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

"Report" xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək dahi bəstəkarın ömür yolundan və yaradıcılığından söz açıb.

Bildirilib ki, bu gün görkəmli bəstəkarın anadan olmasının 130 illiyi tamam olur. Bu münasibətlə geniş tədbirlərin keçirilməsi planlaşdırılır.

Festival, Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında (orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti Rauf Abdullayevdir) dahi bəstəkarın "Koroğlu" operasından uvertüranın səslənməsi ilə açıq elan edilib.

Gecədə Azərbaycan Dövlət xor kapellası, Opera və Balet Teatrının balet truppası, Dövlət Rəqs Ansamblı və Azərbaycan Dövlət Musiqili Teatrının ifasında maraqlı konsert proqramı təqdim olunub.

Festival sentyabrın 28-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi