Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb Festivalın sentyabrın 18-26-da keçirilməsi planlaşdırılır
İncəsənət
15 Sentyabr , 2017 17:40
Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

Bakı. 15 sentybra. REPORT.AZ/ Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının sentyabrın 18-26-da keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunacaq festivalda Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna, İrandan tanınmış musiqiçilər və kollektivlər – Yeni Münhen Filarmonik orkestri, Novosibirsk Filarmonik Orkestri, Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri, Gürcüstan xoru, Eliso Bolkvadze, Plamena Manqova, Aleksey Semenenko, Sergey Doqadin, Boris Andrianov, Filipp Kopaçevski, Ertu Korkmaz, Berdiya Kiyares və başqaları iştirak edəcəklər.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə ənənəvi keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.

"Report" Festivalın proqramını təqdim edir:

Tədbirin adı Keçirilmə yeri Tarix və saat
Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarlarının ziyarəti Fəxri xiyaban 18 sentyabr, saat 10.00
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan tədbir Azərbaycan Milli Konservatoriyası 18 sentyabr, saat 10.30
Milli İncəsənət Muzeyinin bağında yerləşən “Güllələnmiş heykəllər” abidəsinin ziyarəti Milli İncəsənət Muzeyinin bağı 18 sentyabr, saat 11.00
Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir İştirak edirlər:Azərbaycan Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında (Ş.Bədəlbəyli küçəsi, 98) 18 sentyabr, saat 11.30
Üzeyir Hacıbəyliyə həsr olunan tədbir Ü.Hacıbəylinin ev muzeyi (Ş.Əzizbəyov küçəsi, 67) 18 sentyabr, saat 14.00
Beynəlxalq Musiqi Festivalının açılışıİştirak edirlər:Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik OrkestriDirijor Fəxrəddin KərimovSolist Aleksey Semenenko (violin) Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10) 18 sentyabr, saat 19.00
Ü.Hacıbəylinin yaradıcılığına həsr olunan “Müasir dövrdə Ü.Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans Azərbaycan Bəstəkarlar İttifaqı(Xaqani küçəsi, 55) 19 sentyabr, saat 12.00
“Barokko və Renessans”“D`ACCORDO” ansamblı Kamera və Orqan Musiqisi Zalı (28 May küçəsi,17) 19 sentyabr, saat 19.00
“İki qəlbin dastanı” adlı kamera musiqisi gecəsi Beynəlxalq Muğam Mərkəzi (M.Üseynov prospekti, 30, Dənizkənarı Milli Park) 19 sentyabr, saat 19.00
Novosibirsk Filarmonik Kamera Orkestri Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10) 19 sentyabr, saat 19.00
Ü.Hacıbəyli “Leyli və Məcnun” operası Akademik Opera və Balet Teatrı (Nizami küçəsi, 95) 19 sentyabr, saat 19.00
Fortepiano triosu (Rusiya) Bakı Musiqi Akademiyası (Ş.Bədəlbəyli küçəsi, 98) 20 sentyabr, saat 14.00
“Ü.Hacıbəyli alim, musiqişünas, ictimai xadim” mövzusunda konsert-konfrans “Xəzər” Universiteti (Neftçilər Kampusu) ünvan: Məhsəti küçəsi, 11 20 sentyabr, saat 15.00
Novosibirsk Filarmonik Kamera Orkestri Sumqayıt Dövlət Dram Teatrı 20 sentyabr, saat 17.00
“Ötən illərin nəğmələri” adlı konsert G.Əliyeva adına “Dan ulduzu” ansamblı Azərbaycan Dövlət Mahnı Teatrı (R.Behbudov küçəsi, 12) 20 sentyabr, saat 19.00
Fortepiano musiqisi gecəsi Beynəlxalq Muğam Mərkəzi (Dənizkənarı Milli Park) 20 sentyabr, saat 19.00
Ü.Hacıbəylinin və M.Maqomayevin xor və kamera-instrumental əsərlərindən ibarət konsert Azərbaycan Bəstəkarlar İttifaqı (Xəqani küçəsi, 55) 21 sentyabr, saat 15.00
“Xəzər” Universitetində konsert və ustad dərsiUNESCO-nun sülh artisti Eliso Bolkvadze (piano) “Xəzər” Universiteti (Bəşir Səfəroğlu 122) 21 sentyabr, saat 16.00
Bakı Musiqi Akademiyasının “Lumineux” ansamblıBədii rəhbər Naala Barateliya Kamera və Orqan Musiqisi Zalı (28 May küçəsi,17) 21 sentyabr, saat 19.00
Mədəniyyət kanalı ilə birgə“Sevgili canan” adlı layihəAzərbaycan gənc bəstəkarlarının yeni romansları Beynəlxalq Muğam Mərkəzi (M.Üseynov prospekti, 30, Dənizkənarı Milli Park) 21 sentyabr, saat 19:00
Başkənd Akademik Orkestri (Türkiyə)Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10) 22 sentyabr, saat 19.00
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan Dövlət Filarmoniyası 23 sentyabr, saat 19.00
Ü.Hacıbəyli “Arşın mal alan” musiqili komediya Azərbaycan Dövlət Musiqili Teatrı (Z.Əliyeva, 8) 23 sentyabr, saat 19.00
Fortepiano musiqisi gecəsiEldəniz ƏləkbərzadəProqramda Frederik Şopenin əsərləri Beynəlxalq Muğam Mərkəzi (M.Üseynov prospekti, 30, Dənizkənarı Milli Park) 23 sentyabr, saat 19.00
“Üzeyir Hacıbəyliyə ithaf” Azərbaycan Televiziya və Radiosunun Əməkdar kollektiv Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10) 24 sentyabr, saat 19.00
Ü.Hacıbəyli “O olmasın, bu olsun” musiqili komediya Azərbaycan Dövlət Musiqili Teatrı (Z.Əliyeva, 8) 24 sentyabr, saat 19.00
Q.Qarayev “Yeddi gözəl” baleti Akademik Opera və Balet Teatrı (Nizami küçəsi, 95) 24 sentyabr, saat 19.00
“Kaleydoskop” kamera musiqisi axşamı Kamera və Orqan Musiqisi Zalı (28 May küçəsi,17) 24 sentyabr, saat 19.00
Ağcabədi rayon “Qarabağ” Muğam MərkəziF.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs AnsamblıBədii rəhbər Ağaverdi Paşayev “Qarabağ” muğam mərkəzi 25 sentyabr, saat 15.00
Azərbaycan Televiziyası Mədəniyyət kanalı ilə birgə“Əbədi musiqi” adlı konsert-tamaşasıNiyazi adına simfonik orkestri Heydər Əliyev Sarayı (Bülbül prospekti, 35) 25 sentyabr, saat 19.00
Azərbaycan Dövlət Xor Kapellası və Tbilisi Festival Xorunun birgə layihəsi Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10) 25 sentyabr, saat 19.00
Beynəlxalq Musiqi Festivalın bağlanışıYeni Münhen Filarmonik Orkestri (Almaniya) Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10) 26 sentyabr, saat 19.00

Son xəbərlər

Orphus sistemi