Yuxarı

Xalq artistləri uşaqlarla birlikdə səhnəyə çıxacaq

Heydər Əliyev Sarayında Ulduza bənzər adlı xeyriyyə konserti olacaq

Bakı. 24 aprel. REPORT.AZ/ Heydər Əliyev Sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunmuş "Ulduza bənzər" adlı xeyriyyə konserti olacaq. "Report" xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Sarayı yayıb. 

Qala konserdə səhnəyə xalq artistləri və onların kiçildilmiş obrazları qismində uşaqlar çıxacaq. Kiçik ulduzlar oxuyacaq, səhnə performansı nümayiş etdirəcək. Münsiflər heyəti isə uşaqların ulduz obrazını qiymətləndirərək mükafatlandıracaq. Balacaların marağına səbəb olacaq konsertin biletləri artıq satışdadır. Biletlərin qiyməti 20-65 manatdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi