Yuxarı

Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsinin yekun konserti keçiriləcək

Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsinin yekun konserti keçiriləcək
Münsiflər 150 uşaq xor kollektivinin çıxışını qiymətləndirib

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında mayın 15-də Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsinin yekun konserti keçiriləcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə cari il aprelin 6-26-da uşaq xor kollektivlərinin ənənəvi respublika müsabiqəsi keçirilib. Regionlar üzrə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki şəhərləri və Ağcabədi, Ağdaş, Bərdə rayonlarında keçirilən müsabiqədə 5 mindən çox şagird çıxış edib.

Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, respublikanın xalq artisti, professor Gülbacı İmanovanın sədrlik etdiyi, tanınmış xormeyster və müəllimlərdən ibarət münsiflər heyəti 150 uşaq xor kollektivinin çıxışını qiymətləndirib.

Münsiflər heyətinin qərarına əsasən Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor kollektivi Qran-Pri mükafatına, Bakı şəhər S.Ələsgərov adına 1 nömrəli, C.Hacıyev adına 3, 4 nömrəli, T.Quliyev adına 12, Ş.Ələkbərova adına 20 və 30, Sumqayıt şəhər Bülbül adına 2, Quba şəhər və Göygöl şəhər Aşıq Şəmşir adına uşaq musiqi məktəblərinin xor kollektivləri müsabiqənin müxtəlif dərəcəli diplomlarına layiq görülüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi