Uşaq Filarmoniyasının “Uşaqlardan uşaqlara” adlı konserti keçiriləcək

Uşaq Filarmoniyasının “Uşaqlardan uşaqlara” adlı konserti keçiriləcək Konserin proqramı zəngin repertuarı, fərqli nömrələri ilə seçilir
İncəsənət
1 İyun , 2017 20:57
Uşaq Filarmoniyasının “Uşaqlardan uşaqlara” adlı konserti keçiriləcək

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Uşaq Filarmoniyası iyunun 7-də  Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində konsert verəcək.

Filarmoniyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə proqram zəngin repertuarı, fərqli nömrələri ilə seçilir. 

Konsert proqramında xalq rəqsləri, Azərbaycan bəstəkar əsərləri ilə yanaşı dünya xalqlarının rəqsləri də yer alacaq. Konsertdə rəqs ansamblı, kamera ansamblı, “Şəms” uşaq xoru, eləcə də Uşaq Xor Kapellasınının ifasında maraqlı çıxışlar gözlənilir.

Biletləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasından əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi