Uqo Çavesin həyatından bəhs edən serial narazılıqlara səbəb olub

Uqo Çavesin həyatından bəhs edən serial narazılıqlara səbəb olub Ekran əsərinin əsas hissəsi keçmiş prezidentin hakimiyyətə gəlişi dövrünə və dövlət başçısı kimi atdığı addımlara həsr olunub
İncəsənət
31 Yanvar , 2017 14:45
Uqo Çavesin həyatından bəhs edən serial narazılıqlara səbəb olub

Bakı. 31 yanvar. REPORT.AZ/ Venesuelanın keçmiş prezidenti Uqo Çavesin həyat və fəaliyyətindən bəhs edən serial çəkilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "El Comandante" adlanan serial Kolumbiya istehsalıdır.  

Ekran əsərinin əsas hissəsi U.Çavesin hakimiyyətə gəlişi dövrünə və prezident kimi atdığı addımlara həsr olunub. Serialda baş rolu kolumbiyalı aktyor Andres Parra ifa edib.

Amma serial Venesuellanın hazırkı prezidenti Nikolas Maduronun və U.Çavesin keçmiş həyat yoldaşı Nansi Kolmenaresın qəzəbinə səbəb olub. Onlar deyiblər ki, başqa bir serialda kolumbiyalı narkotik qaçaqmalçısı Pablo Eskobarın obrazını yaradan Andres Parranın Çavesi canlandırması liderin imicinə zərər vurmaq üçün əvvəlcədən planlaşdırılan və qəsdən atılan addımdır.

Serial bu həftə Latın Amerikasında, gələn həftədən isə ABŞ-da yayımlanacaq. 

Qeyd edək ki, U.Çaves 2013-cü ildə vəfat edib. 

Son xəbərlər

Orphus sistemi