UNESCO-da almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə konsert təşkil edilib

UNESCO-da almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə konsert təşkil edilib Almanların Qafqaza gəlişi münasibətilə fotosərgi təşkil olunub
İncəsənət
24 Noyabr , 2017 07:36
UNESCO-da almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə konsert təşkil edilib
Report

Paris. 24 noyabr. REPORT.AZ/ Parisdə UNESCO-nun baş qərargahında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və ölkənin UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə almanların Qafqaza gəlişinin 200 illiyi münasibəti ilə konsert olub.

“Report”un Fransa bürosu xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov, Almaniyanın və Gürcüstanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbərləri, digər rəsmi şəxslər iştirak ediblər.

Səfir Anar Kərimov almanların ölkəmizə gəlişinin tarixindən, xalqımızın tolerantlıq mədəniyyəti sayəsində onların yerli mühitə asanlıqla inteqrasiya etməsindən söz açıb, hökumətimizin ölkədə yaşayan bütün milli və dini azlıqlara lazımi şərait yaradılması üçün zəruri tədbirlər gördüyünü bildirib.

UNESCO-nun baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt çıxışında ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfəyə toxunaraq, Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Əbülfəs Qarayev çıxışında qeyd edib ki, Azərbaycan dövləti və xalqı Azərbaycanda yaşayan digər etnik mənsubiyyətə malik insanlara böyük hörmət və qayğı ilə yanaşır, onların maddi və mənəvi irslərinin qorunub saxlanması üçün tədbirlər görülür.

Azərbaycan, gürcü və alman musiqiçilərinin ifasında rəngarəng konsert proqramı fransalı musiqi həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə Azərbaycanda yaşamış almanlar barədə tarixi faktlar və canlı müsahibələrdən ibarət sənədli film nümayiş etdirilib.

Tədbirin sonunda qonaqlar, almanların ölkəmizdə mövcud mədəni irsini əks etdirən fotolar nümayiş olunan sərgiyə tamaşa ediblər. Almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə təşkil edilmiş sərgi noyabrın 24-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi