"Ulduz müharibələri" filminin səkkizinci epizodunun çəkilişləri başlayıb

"Ulduz müharibələri" filminin səkkizinci epizodunun çəkilişləri başlayıb Fantastik rəvayətin səkkizinci hissəsi üzərində işlər yanvarda başlamalıydı, amma çəkilişlər bir neçə həftəliyə təxirə salınmışdı
İncəsənət
11 Fevral , 2016 14:29
Ulduz müharibələri filminin səkkizinci epizodunun çəkilişləri başlayıb

Bakı. 11 fevral. REPORT.AZ/ "Ulduz müharibələri: VIII Epizod" filminin çəkilişləri başlayıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Disney"in rəhbəri Bob Ayger məlumat verib.

Qeyd edək ki, fantastik rəvayətin səkkizinci hissəsi üzərində işlər yanvarda başlamalıydı, amma çəkilişlər bir neçə həftəliyə təxirə salınmışdı.

B.Aygerin sözlərinə görə, çəkilişlərinə yenicə başlanılan film 2017-ci ilin dekabrında kinoteatrlarda olacaq. O, həmçinin 2019-cu ilə qədər hazır olacağı proqnozlaşdırılan "IX Epizod" üzərində işlərin başladığını da əlavə edib.

Daha əvvəl "Ulduz müharibələri"nin yeddinci epizoduna görə "Disney"in gəlirinin 86% artdığı bildirilirdi.

Son xəbərlər

Orphus sistemi