Ukraynanın xalq artisti azərbaycanlı vokalçı ilə "Karmen" operasında çıxış edəcək

Ukraynanın xalq artisti azərbaycanlı vokalçı ilə "Karmen" operasında çıxış edəcək Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək
İncəsənət
21 Aprel , 2016 16:05
Ukraynanın xalq artisti azərbaycanlı vokalçı ilə Karmen operasında çıxış edəcək

Bakı. 21 aprel. REPORT.AZ/ Mayın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operasının tamaşası keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib.

Klassik opera sənətinin nadir incilərindən biri olan bu operanı bakılı sənətsevərlər də çox sevir və hər dəfə fərqli ifalarda həvəslə dinləyir.

Mayın 1-də baş tutacaq tamaşada Xoze partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın xalq artisti, beynəlxalq müsabiqələr laureatı Andrey Romanenkonu dəvət edib.

Karmen rolunda isə istedadlı gənc vokalçı Çinarə Şirin çıxış edəcək.

Tamaşada həmçinin teatrımızın bir sıra solistləri - xalq artisti Əli Əsgərov (Suniqo), əməkdar artistlər İnarə Babayeva (Mikaella), Gülnaz İsmayılova (Fraskita), Anton Ferştandt (Eskamilio) və başqaları çıxış edəcək.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək. 

Son xəbərlər

Orphus sistemi