Ukraynanın məşhur opera müğənnisi vəfat edib

Ukraynanın məşhur opera müğənnisi vəfat edib Mərhumla vida mərasimi mayın 4-də Kiyev Milli Operasının səhnəsində olacaq
İncəsənət
29 Aprel , 2016 15:42
Ukraynanın məşhur opera müğənnisi vəfat edib

Bakı. 29 aprel. REPORT.AZ/ Ukraynanın xalq artisti, opera müğənnisi Dmitriy Qnatyuk vəfat edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 92 yaşlı xalq artisti uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Akademik, rejissor D.Qnatyuk "Taras Bulba", "Mazepa", "Yevgeni Onegin" operalarında əsas partiyaları ifa edib. D.Qnatyuk Ukrayna Milli Operasının baş rejissoru və direktoru olub. Opera səhnəsində 50-dən çox obraz ifa edib. Ukrayna Ali Radasında Mədəniyyət komitəsinə rəhbərlik edib. Ona Ukraynanın qəhrəmanı adı verilib.

Mərhumla vida mərasimi mayın 4-də Kiyev Milli Operasının səhnəsində olacaq.

Son xəbərlər

Orphus sistemi