Ukraynalı və gürcüstanlı solistlər Azərbaycanın Opera və Balet Teatrında çıxış edəcəklər

Ukraynalı və gürcüstanlı solistlər Azərbaycanın Opera və Balet Teatrında çıxış edəcəklər Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti Yalçın Adıgözəlovdur
İncəsənət
19 Aprel , 2016 15:10
Ukraynalı və gürcüstanlı solistlər Azərbaycanın Opera və Balet Teatrında çıxış edəcəklər

Bakı. 19 aprel. REPORT.AZ/ Dövlət Akademik Opera və Balet Teatrında aprelin 23-də görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcək.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Opera tamaşasında əsas partiyalardan biri – Nedda partiyasının ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, Vokalçıların Beynəlxalq Müsabiqələrinin laureatı Yekaterina Straşenko dəvət olunub.

Kanio rolunu isə Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın xalq artisti, dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

Eyni zamanda, tamaşada Azərbaycanın əməkdar artistləri Cahangir Qurbanov (Silvio), Anton Ferştandt (Tonio) və solist Əliəhməd İbrahimov (Arlekin) iştirak edəcəklər.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Son xəbərlər

Orphus sistemi