Yuxarı

Üçüncü sinif şagirdi Azərbaycanı Macarıstanda uğurla təmsil edib

Rəfail Cəfərov vokal ifaçılığı üzrə qızıl medala layiq görülüb

Bakı. 7 iyul. REPORT.AZ/ Macarıstanın Balatonfired şəhərində 4-8 iyul tarixlərində XV Balaton Beynəlxalq Gənclik İncəsənət festivalı keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, festivalda Azərbaycanı Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin 3 sinif şagirdi Rəfail Cəfərov təmsil edib və vokal ifaçılığı üzrə qızıl medala layiq görülüb.

Tədbir çərçivəsində vokal, ifaçılıq, xoreoqrafiya, instrumental musiqi və s. üzrə nominasiyalar nəzərdə tutulub.

Qaliblər Macarıstanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib və mükafatlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi