Yuxarı

“Üç gün və bir ömür” filminin çəkilişləri başa çatıb

Film valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etməyin yollarını axtarmasından bəhs edir

Bakı. 10 iyun. REPORT.AZ/ “Üç gün və bir ömür” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.

"Report" xəbər verir ki, film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Psixoloji dram janrında çəkilən filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli və digərləri canlandırıb. 

Filmin süjet xətti doğma rayonu işğal edilərkən həbsxanada olan şəxsin azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etməyin yollarını axtarmasından bəhs edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi