Yuxarı

“Üç gün və bir ömür” adlı tammetrajlı bədii filmin çəkilişlərinə başlanıb

Film psixoloji-dram janrında çəkilir

Bakı. 26 aprel. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Üç gün və bir ömür” adlı tammetrajlı bədii filminin çəkilişlərinə başlanıb.

Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasının mətbuat xidmətindən məlumat verilib.

Doğma rayonu işğal edilərkən həbsxanada olan filmin qəhrəmanı azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etməyin yollarını axtarır.

Psixoloji dram janrında çəkilən filmin quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli və digərləri canlandırır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi