TÜRKSOY-un gənclərdən ibarət Kamera xoru Almaniyada 3 qızıl medal qazanıb

TÜRKSOY-un gənclərdən ibarət Kamera xoru Almaniyada 3 qızıl medal qazanıb 32 musiqiçinin daxil olduğu kollektivdə Azərbaycanı gənc musiqiçi Elnarə Kərimova təmsil edir
İncəsənət
13 İyul , 2015 11:40
TÜRKSOY-un gənclərdən ibarət Kamera xoru Almaniyada 3 qızıl medal qazanıb

Bakı. 13 iyul. REPORT.AZ/ TÜRKSOY-un gənclərdən ibarət Kamera xoru Almaniyanın Maqdeburq şəhərində keçirilən "İkinci Xor Festivalı"nda 3 qızıl medal qazanıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın TÜRKSOY-dakı nümayəndəsi Qocogəldi Quluyev verib.

Onun sözlərinə görə, TÜRKSOY-un gənclərdən ibarət Kamera xoru türkdilli ölkələrin mədəniyyət nazirlərinin bu ilin iyununda keçirilən daimi toplantısında qəbul edilmiş qərara əsasən yaradılıb. Xor Ankarada məşqlər edib və ilk hazırlıq mərhələsini Türkiyədə keçib.

Almaniyada üç qırğız mahnısı ilə çıxış edən xor üzvlərinə münsiflər heyəti 3 nominasiyada - "Mənəvi musiqi", "Müasir musiqi" və "Folklor" üzrə mükafat təqdim edib.

Qeyd edək ki, kollektivə 32 musiqiçi daxildir. Gənc musiqiçilər Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Tatarıstan konservatoriyalarının istedadlı tələbələridir.

Xorda Azərbaycanı gənc musiqiçi Elnarə Kərimova təmsil edir.

Son xəbərlər

Orphus sistemi