TÜRKSOY Türkmənistanda konsert proqramı təşkil edəcək

TÜRKSOY Türkmənistanda konsert proqramı təşkil edəcək Opera və Balet Teatrının solisti tədbirə dəvət alıb
İncəsənət
18 İyun , 2015 16:20
TÜRKSOY Türkmənistanda konsert proqramı təşkil edəcək

Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti, əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova TÜRKSOY xətti ilə iyunun 20-dən 27-dək Türkmənistanda keçiriləcək tədbirdə çıxış etmək üçün dəvət alıb.

"Report" xəbər verir ki, türk dünyasının ən məşhur vokal ustalarının çıxış edəcəyi konsertlər iyunun 23-də Marı, iyunun 25-də isə Türkmənabad şəhərində baş tutacaq.

Türkmənabadda keçiriləcək konsertdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da iştirak edəcək.

Afaq Abbasova konsertlərdə Türkmənistan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin və Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyalarını ifa edəcək. 

Son xəbərlər

Orphus sistemi