Yuxarı

Türkmənistanda türkdilli ölkələrin festivalı keçirilir

Türkdilli ölkələrin festivalında Azərbaycanı layiqincə təmsil edəcəyik

Bakı. 24 noyabr. REPORT.AZ/ Türkmənistanın Mari şəhərində türkdilli ölkələrin festivalı başlayıb.

Bu barədə "Report"a tanınmış kamança ifaçısı Munis Şərifov məlumat verib.

Onun sözlərinə görə, festivalda türkdilli respublikalardan gəlmiş mədəniyyət və incəsənət xadimləri iştirak edirlər: "Mari şəhərinə muğam üçlüyü ilə gedirik. Tar ifaçısı Davud Abdullayev, xanəndə Nuriyyə Hüseynova və mən. Türkdilli ölkələrin festivalında Azərbaycanı layiqincə təmsil edəcəyik".

Festival noyabrın 30-dək davam edəcək.

Xatırladaq ki, TÜRKSOY Türkmənistanın Mari şəhərini 2015-ci ildə “Türk dünyasının mədəni paytaxtları” elan edib. Bu münasibətlə il ərzində Mari şəhərində müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi