Türkiyənin tanınmış simaları - Barış Arduç və Elçin Sangu Bakıya gəlib

Türkiyənin tanınmış simaları - Barış Arduç və Elçin Sangu Bakıya gəlib Bakı. 13 dekabr. REPORT.AZ/ Türkiyənin tanınmış simaları - Barış Arduç və Elçin Sangu Bakıya gəlib.
İncəsənət
13 Dekabr , 2017 22:18
Türkiyənin tanınmış simaları - Barış Arduç və Elçin Sangu Bakıya gəlib
"Report"

Bakı. 13 dekabr. REPORT.AZ/ Türkiyənin tanınmış simaları - Barış Arduç və Elçin Sangu Bakıya gəlib.

"Report" xəbər verir ki, aktyor və aktrisa rol aldıqları "Mutluluk zamanı" filminin Nizami Kino Mərkəzində baş tutan nümayişində iştirak ediblər.

Bakıya ilk dəfə gələn aktrisa Elçin Sangu şəhəri çox bəyəndiyini dilə gətirib: "Bakı sanki Avropa və Asiyanın qarışığıdır. Şəhərin bu qədər gözəl ola biləcəyini təsəvvür etmirdim. İnsanlar çox istiqanlıdır. Bakıya heyran oldum".

Filmin digər baş rol ifaçısı Barış Arduç şəhər ilə yanaşı, milli xörəklərimizi də çox xoşladığını xüsusi vurğulayıb: "Çox ləzzətli xörəklər yedik. Düzdür, hamısının adı yadımda qalmayıb, ancaq milli mətbəxinizi Elçin də mən də çox bəyəndik. Şəhərdə gəzərkən bir anlıq özümü Avropada ölkələrində birində kimi hiss edirdim. Bakı gözlədiyimdən daha gözəl imiş".

Sənət adamları daha sonra fanatları ilə birlikdə filmi izləyiblər.

Son xəbərlər

Orphus sistemi