Yuxarı

Türkiyənin tanınmış sənətçiləri Bakıya gəlir

Onların arasında Malkoçoğlu Bali bəy də var

Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin məşhur müğənnisi Murad Boz və aktyor Alper Kul Bakıya gələcək.

Bu barədə "Report"a Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova məlumat verib.

Arzu Əhədova bildirib ki, dekabrın 20-də türk aktyoru Alper Kulun Nizami Kino Mərkəzində imza günü keçiriləcək. Aktyor Bakıya yeni filminin qala-gecəsində iştirak etmək üçün gələcək. İmza günündən sonra yalnız mətbuat nümayəndələri üçün filmin nümayişi olacaq.

Dekabrın 22-də isə müğənni Murad Boz baş rolunda çəkildiyi "Hadi İnşallah" filminin qala-gecəsində iştirak etmək üçün Nizami Kino Mərkəzində olacaq.

Bundan başqa, yeni ildə sevilən türk aktyoru, tamaşaçıların "Möhtəşəm Yüzil" serialında Malkoçoğlu Bali bəy kimi tanıdıqları Burak Özçivit də Bakıya gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi