Türkiyənin tanınmış opera sənətkarı vəfat edib

Türkiyənin tanınmış opera sənətkarı vəfat edib Atilla Manizadə 82 yaşında dünyasını dəyişib
İncəsənət
13 İyul , 2016 12:29
Türkiyənin tanınmış opera sənətkarı vəfat edib

Bakı. 13 iyul. REPORT.AZ/ Türkiyənin tanınmış opera müğənnisi, dövlət sənətçisi Atilla Manizadə vəfat edib.

"Report" xəbər verir ki, 82 yaşlı Atilla Manizadə uzun illər İstanbul Dövlət Opera və Balet Teatrının müdiri olub.

Türk musiqisində gözəl səsli vokalistlərdən biri kimi tanınan Atilla Manizadə Türkiyənin dövlət sənətçisi fəxri adına layiq görülüb.

İstanbul Dövlət Konservatoriyasında vokal şöbəsində dərs deyən Atilla Manizadə yaşının çox olmasına baxmayaraq, sənət fəaliyyətini davam etdirib.

Atilla Manizadə 1934-cü ildə Şimali Kiprdə anadan olub. Sənətkar iyulun 14-də dəfn ediləcək. 

Son xəbərlər

Orphus sistemi