Türkiyənin tanınmış opera müğənnisi vəfat edib

Türkiyənin tanınmış opera müğənnisi vəfat edib O, 41 il teatrda baş rolları ifa edib
İncəsənət
23 Sentyabr , 2016 15:21
Türkiyənin tanınmış opera müğənnisi vəfat edib

Bakı. 23 sentyabr. REPORT.AZ/ İstanbul Dövlət Opera və Balet Teatrının "primadonnası" Leyla Demiriş 71 yaşında vəfat edib.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, sentyabrın 26-da yerli vaxtla saat 11.00-da Sürəyya Operasında sənətçi ilə vida mərasimi keçiriləcək.

Xatırladaq ki, L.Demiriş 1945-ci ildə İstanbulda dünyaya gəlib. 1964-cü ildən 2005-ci ilədək İstanbul Opera və Balet teatrında baş rolların ifaçısı olub. 

Fəaliyyəti boyu ABŞ, Almaniya, Bolqarıstan, Çexiya, Rumıniya və keçmiş Yuqoslaviyanın paytaxtlarında, şəhərlərində "Toska", "Madam Batterfly", "Nabucco", "II Trubadur" kimi operalarda baş rolu ifa edib.

L.Demirişin həyat yoldaşı, bəstəkar Okan Demirişin ona həsr etdiyi "IV Murad", "Karyağdı Hatun", "Yusuf ilə Züleyha" operalarını, Adnan Saygunun "Koroğlu" operası və "Mevlana" oratoriyasında baş rolları oxuyub. 

Son xəbərlər

Orphus sistemi