Yuxarı

Türkiyənin tanınmış dramaturqunun əsəri Naxçıvan teatrında oynanılacaq

Tuncer Cücenoğlu martın sonunda Azərbaycana gələcək

Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyənin tanınmış yazıçısı, dramaturq Tuncer Cücenoğlunun "Boyacı" əsəri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulacaq.

Bu barədə "Report"a Tuncer Cücenoğlu özü məlumat verib.

Onun sözlərinə görə, artıq tamaşanın məşqləri başlayıb: "Əsərə Səməd Canbaxşıyev quruluş verəcək. Əsəri Azərbaycan türkcəsinə Dilsuz Mustafayev tərcümə edib."

Əsərlərinin Azərbaycan teatrlarının səhnəsində tamaşaya qoyulmasından məmmun olduğunu deyən Tuncer Cücenoğlu Azərbaycanı və azərbaycanlı sənətkarları çox sevdiyini bildirib: "Türkiyədə və Azərbaycanda çoxlu dostlarım var. Bakıda, Akademik Milli Dram Teatrında "Çığ" əsərimi rejissor dostum Bəhram Osmanov "Uçqun" adıyla tamaşaya qoyub. Gəncə Dövlət Dram Teatrında "Ziyarətçi", "Gözəlçələr" və "Kor döyüşü" adlı əsərlərim səhnəyə qoyulub. Azərbaycan teatrları ilə əməkdaşlığa hər zaman şad oluram".

Qeyd edək ki, tanınmış Tuncer Cücenoğlu martın sonunda Azərbaycana gələcək. Müəllif yeni tamaşasının premyerasında iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi