​Türkiyənin tanınmış aktyoru vəfat edib

​Türkiyənin tanınmış aktyoru vəfat edib O, "Məhəllənin muxtarları", "Yarpaq tökümü", "Rus gəlin" teleseriallarında maraqlı obrazlar yaradıb
İncəsənət
29 İyun , 2016 17:57
​Türkiyənin tanınmış aktyoru vəfat edib

Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin tanınmış aktyoru Nezih Tuncay uzun sürən xəstəlikdən sonra iyunun 29-da 71 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu məlumatı onun oğlu öz facebook səhifəsində paylaşıb. 

Qeyd edək ki, N.Tuncay bir çox film və seriallarda, o cümlədən "Məhəllənin muxtarları", "Yarpaq tökümü", "Rus gəlin"də maraqlı obrazlar yaradıb.

Son xəbərlər

Orphus sistemi