Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru vəfat edib Aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib
İncəsənət
23 Oktyabr , 2015 10:23
Türkiyənin tanınmış aktyoru vəfat edib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Türk aktyoru, Yeşilcamın tanınmış aktyorlarından biri Yılmaz Köksal vəfat edib.

"Report" xəbər verir ki, 76 yaşlı aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib. 

Yılmaz Köksal 1939-cu il iyulun 15-də Kırşəhərdə dünyaya gəlib. Orxan Kamalın "Mürtəza" əsəri əsasında çəkilən filmdə rol alan Y.Köksalın kino yaradıcılığı 1965-ci illərdən başlayıb.

1965-dən 2005-ci ilədək 182 filmdə rol alan aktyor, ömrünün son günlərinədək kinodan ayrılmayıb.

İngilis versiyası Famous Turkish actor dies

Son xəbərlər

Orphus sistemi