Türkiyənin məşhur aktyoru vəfat edib

Türkiyənin məşhur aktyoru vəfat edib O, kinoya ilk dəfə 1971-ci ildə çəkilib
İncəsənət
16 Sentyabr , 2016 10:15
Türkiyənin məşhur aktyoru vəfat edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Türkiyənin məşhur aktyoru, "Yakışıklı" kimi də tanınan Tarık Akan vəfat edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onun sentyabrın 16-da vəfat etməsi haqda məlumatı Nazim Hikmət adına Mədəniyyət və İncəsənət Fondu da təsdiqləyib.

Qeyd edək ki, Tarık Akanı Azərbaycan da, sənətsevərlər də yaxşı tanıyır.

O, 1949-cu il dekabrın 13-də İstanbulda dünyaya gəlib. Ailədə üç övladdan ən kiçiyi olub. Atası Yaşar Akan hərbçi kimi ölkənin bir çox bölgələrində xidmət edib.

Tarık Akan ilk dəfə 1971-ci ildə "Solan bir yarpaq kimi" filminə çəkilib.

O, ümumilikdə 111 bədii filmə və 4 seriala çəkilib. Tarık Akan 1973-2002-ci illərdə 12 müxtəlif mükafata layiq görülüb.

Son xəbərlər

Orphus sistemi