Türkiyəli rejissor Rusiyada "Ən yaxşı rejissor" mükafatına layiq görülüb

Türkiyəli rejissor Rusiyada "Ən yaxşı rejissor" mükafatına layiq görülüb Festivalın "Ən Yaxşı Film"i Çin istehsalı olan "Tepeli Aynak" seçilib
İncəsənət
30 İyun , 2017 12:46
Türkiyəli rejissor Rusiyada Ən yaxşı rejissor mükafatına layiq görülüb

Bakı. 30 iyun. REPORT.AZ/ Türkiyəli rejissor Fikret Reyhan 39-cu Moskva Beynəlxalq Film Festivalında "Ən yaxşı rejissor" mükafatına layiq görülüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ona bu mükafatı "Sarı Sıcak" adlı filmi qazandırıb.

Rejissor mükafatın onlar üçün gözlənilməz olduğunu bildirib: "Mükafat bizim üçün təəccübləndirici oldu. İstanbul Film Festivalından sonra bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm".

Festivalın "Ən Yaxşı Film"i Çin istehsalı olan "Tepeli Aynak" seçilib. Münsiflər heyətinin xüsusi mükafatı isə Rusiya istehsalı olan "Dibsiz Çanta" filminə verilib.

Son xəbərlər

Orphus sistemi