Türkiyəli aktyor Azərbaycan Dövlət Musiqili Teatrında olub

Türkiyəli aktyor Azərbaycan Dövlət Musiqili Teatrında olub Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyəli aktyor Volkan Severcan Azərbaycan Dövlət Musiqili Teatrın direktor müavini Hüseyn Hüseynovla görüşüb.
İncəsənət
24 Yanvar , 2018 18:39
Türkiyəli aktyor Azərbaycan Dövlət Musiqili Teatrında olub

Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyəli aktyor Volkan Severcan Azərbaycan Dövlət Musiqili Teatrın direktor müavini Hüseyn Hüseynovla görüşüb.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. 

Türkiyəli aktyor teatrda yaradılmış şəraitin yüksək səviyyədə olduğunu bildirib: "Əslində, məndə bu teatrı ziyarət etmək istəyini həmkarım, tanınmış sənətçi Tamer Qaradağlı yaratdı. O, keçən il bu sənət məbədini görəndən sonra mənə də Bakıya səfər edəcəyim zaman yolumu mütləq Musiqili Teatrdan salmağımı tövsiyə etdi. Həqiqətən, Musiqili Teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrlarla müqayisə oluna biləcək səviyyədə geniş yaradıcı və texniki imkanlara malikdir. Mən də neçə illərdir teatr sahəsində çalışan bir insan kimi arzu edirəm ki, bu əsrarəngiz səhnədə həm rejissor, həm də aktyor kimi bacarığımı nümayiş etdirə bilim. Buralar mənə çox əzizdir, özümü sanki doğma vətəndə hiss etdim”.

Son xəbərlər

Orphus sistemi