Yuxarı

Türkiyədə "II Artoros" Beynəlxalq Mədəniyyət və Alternativ İncəsənət Festivalı keçiriləcək

Festivalda Azərbaycanı üç rəssam təmsil edəcək

Bakı. 28 iyul. REPORT.AZ/ Avqustun 21-dən 25-dək Türkiyənin Antaliya bölgəsində "II Artoros" Beynəlxalq Mədəniyyət və Alternativ İncəsənət Festivalı keçiriləcək.

Bu barədə "Report"a Beynəlxalq Aktivist Sənətçilər Birliyinin təmsilçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü İlqar Əkbərov məlumat verib.

İlqar Əkbərovun sözlərinə görə, bu ilki festivalda Azərbaycanı üç rəssam - Pərviz Əsədov, Nəzakət Əhmədova və onun özü təmsil edəcək.

Festivalın qaydalarına uyğun olaraq rəssamlar əl işlərini canlı olaraq təbiət qoynunda çəkəcək. Hər bir rəssama kətan və yağlı boya təqdim ediləcək. Fırça ustaları isə bəyəndikləri mənzərəni kətan üzərində həkk edəcək.

Xatırladaq ki, ötən il "I Artoros" Beynəlxalq Mədəniyyət və Alternativ İncəsənət Festivalında dünyanın müxtəlif məkanlarından olan 150 rəssam iştirak edib.

Sərgi avqustun 25-də başa çatacaq. Rəssamlar isə sentyabrın 1-dək Antalya bölgəsində qonaq qalacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi