Yuxarı

Türkiyə və Azərbaycan musiqiçiləri ortaq layihə hazırlayıblar

Layihəni iki ölkənin Bəstəkarlar İttifaqı təşkil edəcək

Bakı. 30 iyun. REPORT.AZ/ "Yaxın günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Bəstəkarlar Cəmiyyəti ortaq layihəsini musiqi ictimaiyyətinə təqdim edəcək. Ortaq layihədə hər iki tərəfdən 6 bəstəkar və 6 şair iştirak edəcək". "Report" xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə deyib.

Onun sözlərinə görə, möhtəşəm musiqi layihəsində Azərbaycanın 6 bəstəkarı Türkiyənin seçilən 6 şairinin şeirlərinə, eyni zamanda türk bəstəkarları da Azərbaycanın 6 şairinin şeirlərinə musiqi bəstələyəcək: "Layihənin təqdimatı isə hər iki ölkədə keçiriləcək".

Layihədə iştirak edəcək şair və bəstəkarların adlarının hələ tam məlum olmadığını deyən Firəngiz Əlizadə, belə qarşılıqlı tədbirlərin və layihələrin keçirilməsinin iki ölkənin musiqi sənəti üçün vacib göstərici olduğunu vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi