Türkan Şoray "Günəşli" yatağındakı faciə ilə bağlı başsağlığı verib

Türkan Şoray "Günəşli" yatağındakı faciə ilə bağlı başsağlığı verib Aktrisa, həmçinin Azərbaycanda filmə çəkilmək arzusunda olduğunu bildirib
İncəsənət
9 Dekabr , 2015 23:15
Türkan Şoray Günəşli yatağındakı faciə ilə bağlı başsağlığı verib

Bakı. 9 dekabr. REPORT.AZ/ Türkiyənin tanınmış aktrisası Türkan Şoray dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağında baş verən və insan tələfatı ilə nəticələnən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə o, rejissoru olduğu "Uzaklarda arama" filminin Bakıdakı qala gecəsindən sonra keçirilən mətbuat konfransında bildirib.

Jurnalistlərin suallarını cavablandıran türkiyəli aktrisa, Azərbaycanda filmə çəkilmək arzusunda olduğunu, həmçinin azərbaycanlı həmkarları ilə birgə layihə həyata keçirmək istədiyini diqqətə çatdırıb.

O, həmçinin 1978-ci ildə rejissor Əjdər İbrahimovun "Məhəbbətim mənim, kədərim mənim" filmində Məhin Banu obrazını canlandırdığını da xatırladıb.

Son xəbərlər

Orphus sistemi