Yuxarı

Türk teatrı Bakıya qonaq gəlir

Türkiyənin məşhur türk kölgə oyunu “Qaragöz” tamaşası Bakıda nümayiş etdiriləcək

Bakı. 16 may. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı balaca tamaşaçılarını daha bir səhnə sürprizi ilə sevindirəcək.

"Report" xəbər verir ki, mayın 19-da Kukla Teatrının səhnəsində Türkiyənin məşhur türk kölgə oyunu “Qaragöz” tamaşası nümayiş olunacaq.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, UNİMA Azərbaycan Milli Mərkəzinin təşəbbüsü və Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə baş tutacaq tamaşanı Bakıdakı bir neçə internat və uşaq evlərinin balaca teatrsevərləri izləyəcəklər.

Qeyd edək ki, təxminən 7 əsr bundan əvvəl Türkiyədə məscid inşa edən iki ustanın - Qaragöz və Hacıvatın həyatından bəhs edən ”Qaragöz” tamaşası Azərbaycanda bundan əvvəl də nümayiş etdirilib və tamaşaçıların rəğbətini qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi