Tretyakov qalereyasından oğurlanmış şəkil tapılıb - VİDEO

Tretyakov qalereyasından oğurlanmış şəkil tapılıb - VİDEO Bakı. 28 yanvar. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Federal Təhlükəsizlik Xidməti (FTX) ilə birlikdə Arxip Kuincinin Tretyakov qalereyasındakı Ay-Petri. Krım rəsm əsərini oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
İncəsənət
28 Yanvar , 2019 09:43
Tretyakov qalereyasından oğurlanmış şəkil tapılıb - VİDEO

Bakı. 28 yanvar. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Federal Təhlükəsizlik Xidməti (FTX) ilə birlikdə Arxip Kuincinin Tretyakov qalereyasındakı "Ay-Petri. Krım" rəsm əsərini oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib.

Qeyd olunur ki, Moskva vilayətinin Zareçye qəsəbəsində saxlanılan şəxs 31 yaşlı kişidir.

Onun sözlərinə görə, o, rəsm əsərini Odintsovo rayonunda tikilməkdə olan obyektin ərazisində gizlədib. Polis əsəri deyilən yerdə aşkar edib.

İlkin məlumatlara görə, cinayət tamah niyyəti ilə törədilib.

Son xəbərlər

Orphus sistemi