Yuxarı

Tofiq Hüseynov: "Hələlik xəstəxanadayam, evə nə zaman gedəcəyimi bilmirəm"

Müalicəm yaxşı gedir, gündən-günə yaxşılaşıram

Bakı. 13 may. REPORT.AZ/ Səhhətində yaranan problemlərə görə cərrahiyyə əməliyyatı keçirən Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Tofiq Hüseynovun vəziyyəti qənaətbəxşdir. 

Aktyor "Report"a açıqlamasında bildirib ki, hazırda Milli Onkologiya Mərkəzində müalicəsini davam etdirir. 

O qeyd edib ki, əməliyyatdan sonra özünü normal hiss edir: "Hələlik xəstəxanada həkimlərin "qonağıyam". Evə getməyə nə zaman icazə verəcəklərini bilmirəm. Müalicəm yaxşı gedir, gündən-günə yaxşılaşıram. Həkimlər mənə yaxşı baxırlar. Dostlar, tanışlar məni unutmur, yanıma gəlirlər. Vəziyyətimlə maraqlanan hər kəsə minnətdaram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi