Tofiq Bakıxanovun 85 illik yubileyi münasibətilə tədbirlər planı hazırlanıb

Tofiq Bakıxanovun 85 illik yubileyi münasibətilə tədbirlər planı hazırlanıb Tədbirlər Bəstəkarlar İttifaqı və Filarmoniyada keçiriləcək
İncəsənət
1 Dekabr , 2015 13:41
Tofiq Bakıxanovun 85 illik yubileyi münasibətilə tədbirlər planı hazırlanıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Bəstəkar, Azərbaycanın xalq artisti, professor Tofiq Bakıxanovun 85 yaşı tamam olur.

"Report" xəbər verir ki, bu münasibətlə dekabrın 7-dən 15-dək Azərbaycan Bəstəkarlar İttifaqı və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tədbirlər keçiriləcək.

Dekabrın 8-də Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, 9-da Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, dekabrın 11-də isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Tofiq Bakıxanovun əsərləri səsləndiriləcək.

Azərbaycan Bəstəkarlar İttifaqında dekabrın 9-u saat 17.00-da T.Bakıxanovun kamera əsərlərindən ibarət konsert, dekabrın 15-i saat 12.00-da isə T.Bakıxanovun 85 illik yubileyinə həsr olunan elmi-praktiki konfrans keçiriləcək.

Xatırladaq ki, Tofiq Bakıxanov 1930-cu ildə Bakıda anadan olub. 1953-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını skripka üzrə professor A.Amitonun, 1957-ci ildə isə bəstəkarlıq üzrə professor Qara Qarayevin sinfini bitirib. 1973-cü ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 1983-cü ildə professor adını alıb. 1991-ci ildə T. Bakıxanova xalq artisti adı verilib. 1994-2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Tofiq Bakıxanov tarixçi Abbasqulu ağa Bakıxanovun nəticəsi, tarzən Əhməd Bakıxanovun oğlu, kamança ifaçısı Tələt Bakıxanovun əmisi oğludur. 

Son xəbərlər

Orphus sistemi