"The Beatles" qrupunun ilk prodüseri vəfat edib

"The Beatles" qrupunun ilk prodüseri vəfat edib Alan Uilyams musiqi qrupu ilə əsasən 50-ci illərin sonlarında işləyib
İncəsənət
31 Dekabr , 2016 08:01
The Beatles qrupunun ilk prodüseri vəfat edib

Bakı. 31 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın "The Beatles" rok qrupunun ilk prodüseri Alan Uilyams 86 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Uilyams qrupla, əsasən 50-ci illərin sonunda işləyib. Kvartet Liverpulda onun "Cakaranda" klubunda fəaliyyət göstərib. O, qrupun Hamburqdakı qastrolları təşkil edib və onun ilk plastinkasının yazılmasına köməklik göstərib. 1961-ci ildə "The Beatles" öz meneceri ilə əlaqələri kəsib.

Son xəbərlər

Orphus sistemi