Yuxarı
    Bağlamaq

    Teymur Hacıyevin "Şanxay, Bakı" filmi ictimaiyyətə təqdim olunub

    Filmin dünya premyerası 2016-cı ilin martında Finlandiyanın Tampere şəhərində Qısametrajlı filmlərin Avropa Festivalında təqdim edilib

    Bakı. 25 may. REPORT.AZ/ Təqribən 2 il davam edən festival turnesindən sonra, ötən həftə Azərbaycan rejissoru Teymur Hacıyevin qısametrajlı "Şanxay, Bakı" filmi sosial şəbəkədə təqdim edilib.

    "Report"un verdiyi xəbərə görə, filmin dünya premyerası 2016-cı ilin mart ayında Finlandiyanın Tampere şəhərində Qısametrajlı filmlərin Avropa Festivalında keçirilib. Bu festival əhəmiyyətinə görə Avropada qısametrajlı film festivalları üzrə üçüncü yerdədir.

    Bundan başqa, film 18 beynəlxalq festivalda iştirak edib. Bunlar arasında Milano Film Festival (İtaliya), Sarajevo Film Festival (Bosniya və Herseqovina), Curta Cinema (Braziliya), Huesca Film Festival (İspaniya), Uppsala Film Festivalı (İsveç) da var. Film münsiflər heyətinin üç xüsusi mükafatına layiq görülüb.

    "Şanxay, Bakı" filmi Roza və onun yaxınlarının kövrək həyat hekayəsidir. Bu hekayə həvəskar kamera çəkilişlərindən, videoregistrator, smartfon və digər qacetlərdən toplanıb.

    Baş rolları Azərbaycanın tanınmış teatr və kino aktyorları Rasim Cəfər, Roza İbadova və Qurban İsmayılov canlandırıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi