Tərtərdə Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı olub

Tərtərdə Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı olub Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynova və Əlyar Əliyevə həsr olunmuş “İlk komandir” və “Pəhləvan komandir” filminin nümayişi keçirilib
İncəsənət
9 Aprel , 2016 13:44
Tərtərdə Milli Qəhrəmana həsr olunmuş filmin təqdimatı olub

Bakı. 9 aprel. REPORT.AZ/ Tərtər rayon Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” sənədli filmlər studiyasında Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynova və Əlyar Əliyevə həsr olunmuş “İlk komandir” və “Pəhləvan komandir” filminin nümayişi olub.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Nümayişdən əvvəl çıxış edən filmin rejissoru Nizami Abbas onun ərsəyə gəlməsi üçün gördüyü işlərdən danışıb.

Daha sonra çıxış edən Elman Hüseynovun döyüş yoldaşı Pənah Məmmədov və oğlu Emin Hüseynli öz xatirlərini iştirakçılarla bölüşdü. Nümayişdə rayon Mədəniyyət işçiləri, Qarabağ müharibəsi veteranları, rayon Ağsaqqalar şurasının nümayəndələri iştirak edib. 

Son xəbərlər

Orphus sistemi